Yunanıstanın “Olimpiakos” klubu yaxın günlərdə heyətinə cəlb etdiyi braziliyalı futbolçu Marselonu ictimaiyyətə təqdim edib. “Georgios Karaiskakis” stadionunda keçirilən mərasimə 25000 azarkeş gəlib. 34 yaşlı futbolçu stadiona gəldikdən sonra əvvəlcə “12” nömrəli formasını geyinib. Daha sonra meydana gələn “sambaçı” azarkeşlər önündə keçidlə bağlı fikirlərini bölüşüb: “Bu komandaya güc qatmaq və onun uğurları üçün əlimdən gələni edəcəyəm. Buraya gəlməyimə görə peşman deyiləm. “Olimpiakos” köklü komandadır. Çılğın azarkeşlərinin olduğunu da bilirəm. Ümid edirəm ki, mənə göstərilən etimadı layiqincə doğruldacağam!”

Braziliyalı yarımmüdafiəçi daha sonra tribunalardakı azarkeşlər üçün topla kiçik şou proqram göstərib. Marselo "Olimpiakos"la 1+1 illik müqavilə imzalayıb. Qeyd edək ki, UEFA Avropa Liqasında təmsilçimiz "Qarabağ"ın rəqibi olan "Olimpiakos" komandamıza qarşı ilk oyununu oktyabrın 6-da Yunanıstanda, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.